17 oktyabr 2012 02:54
Albaniyada Azərbaycan derbisi baş tutmadı
Futbol üzrə Albaniya yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Sloveniyanı sınağa çəkiblər.
Oyun Albaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 36-cü dəqiqədə Odise Roşi imza atıb.
Bu oyunda çempionatımızdan bir futbolçu çıxış edib. Belə ki, “Qarabağ”ın üzvü Ansi Aqolli 90 dəqiqə Albaniyanın şərəfini qoruyub. “Qəbələ”dən Deyan Kelhar isə Sloveniya yığmasının heyətinə düşə bil bilməyərək, ehtiyatda qalıb.
