17 oktyabr 2012 15:08
Yığmamız ABŞ-a iki qol vurdu, məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyada növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, Marbelya Kubokuna qatılan Bernard Lippertin yetirmələri bu dəfə ABŞ millisi ilə qarşılaşıblar.
Oyun amerikalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində 20 və 75-ci dəqiqələrdə Tural İsgəndərov fərqlənib. Amerikalılar 9, 54 və 64-cü dəqiqələrdə yığmamızı məyus ediblər.
Komandamız bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 4. Ürfan Abbasov (5. Slavik Alxasov, 31), 16. Ruslan Tağızadə (23. Nurlan Novruzov, 82), 3. Tərlan Quliyev, 21. Kərim Diniyev (8. Hacl Əhmədov, 46), 6. Mirhüseyn Seyidov (k), 19. Abdulla Abatsiyev, 7. Araz Abdullayev, 9. Tural İsgəndərov, 11. Rizvan Umarov (10. Rəhman Hacıyev, 67).
