17 oktyabr 2012 16:11
Yunis Hüseynov: Hakim Rusiyanın lehinə penalti təyin etməklə düzgün qərar çıxardı
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Rusiyaya qarşı oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Fikrimcə, komandamız pis oynamadı. Hətta deyərdim ki, normal çıxış etdilər. Əlbəttə, oyunun böyük qismini meydanın özümüzə aid hissəsində keçirdik. Burda da hər şey seçilən taktikadan asılıdı. Qapımıza təyin olunan penaltiyə gəlincə, hakim düzgün qərar qəbul etdi. Qayda pozuntusu var idi. Ona görə də hakim haqlı olaraq penalti təyin etdi”.
