17 oktyabr 2012 18:22

“Lənkərana üç xal dalınca yollanırıq”

Topaz Premyer Liqasının 9-cu turunda "Qəbələ" səfərdə "Xəzər-Lənkəran"la qarşılaşacaq. Azerisport.z xəbər verir ki, cənub səfəri öncəsi baş məşqçi Ramiz Məmmədov matç barədə fikirlərini açıqlayıb. Mütəxəssis Lənkərana 3 xal dalınca yollanacaqlarını söyləyib:
 
"Bundan sonra bizim itirəcək heç nəyimiz yoxdur. Çempionatdakı hər oyunda qələbə uğrunda mübarizə aparacağıq. Buna komandanın potensialı da imkan verir. Yığmamızın oyunu ilə əlaqədar yaranan fasilədən lazımınca istifadə etdik. Futbolçuların ümumi fiziki hazırlığına diqqət yönəltdik, texniki-taktiki gedişləri, eləcə də heyətdə olan düzülüşləri bir daha nəzərdən keçirtdik, onları bir az da təkmilləşdirdik. Lənkərana 3 xal dalınca yollanırıq".
 
Məmmədov onun üçün Azərbaycanda səfər oyunu anlayışının olmadığını vurğulayıb:
 
"Lənkəran respublikamızın gözəl guşələrindən biridir. Orada çoxlu dostlarımız var. Azərbaycanın hər bir bölgəsi mənə doğmadır. Yəni, mənim üçün Azərbaycanda səfər oyunu yoxdur. Futbolçularıma da bunu öyrədirəm ki, ölkəmizin hüdudları daxilində oynayırıqsa, deməli, bizim üçün səfər matçı anlayışı olmamalıdır. Əgər ilk “altılığ”a düşüb, avrokuboklara vəsiqə qazanarıqsa, qitəmiqyaslı yarışlarda səfər oyunlarımız olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.