17 oktyabr 2012 11:56

Vaqif Cavadov: Rusiya ilə oyunda bizdə ustalıq səviyyəsi çatışmadı

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
 
“Biz müdafiədən oynayırdıq. Öz oyunumuzu diqtə etdirməyə cəhd göstərmirdik. Əlbəttə, vəziyyəti dəyişmək üçün də müəyyən şanslarımız var idi. Sadəcə, bizdə ustalıq səviyyəsi çatışmadı”.
 
Vaqif bu məğlubiyyətə görə çox üzüldüklərini gizlətmir: “Çünki biz artıq xal qazandığımıza inanmışdıq. Amma eybi yoxdu. Bakıda qələbə qazanmağa çalışacağıq”.
 
Cavadov hakimin penalti qərarına da münasibətini açıqlayıb: “Penalti yox idi. Amma makedoniyalı hakim fərqli qərar verdi. Artıq bu oyunu unutmağımız lazımdı. Qarşıdakı görüşləri düşünməliyik”.
 
Millimizin üzvü rəqib qapısı qarşısında təhlükə yarada bilməmələrinə də toxunub: “Biz həqiqətən də rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilmirdik. Amma necə komanda ilə qarşılaşdığımızı unutmayın. Rusiya yığması hədiyyə deyil. Çox güclü komandadı”.
 
Vaqif etiraf edib ki, onlar ruslara qarşı məhz bu komandanın Portuqaliya qarşısında sərgilədiyi oyunu göstərməklə uğur qazanmaq istəyirmişlər: “Biz Rusiya yığması kimi oynamaq istəyirdik. Əsas diqqəti müdafiəyə yönəldib, əks-hücumda qol vurub, qələbə qazanmaq istəyirdik. Amma təəssüf ki, bu, bizdə alınmadı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.