17 oktyabr 2012 12:07
Böyükağa Hacıyev: Yığmamız Moskvada yaxşı oynadı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Rusiyaya qarşı oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamız yaxşı oynadı. Nəticə qazanmağımız üçün sadəcə bir qədər cəsursluq çatışmadı. Mənə elə gəlir ki, uşaqlar ilk dəqiqələrdən özlərinə inanmırdılar. Həyəcansız oynamaq lazım idi. Onda hər şey fərqli nəticələnə bilərdi. Yığmamızın taktikasına gəlincə, heç kim Berti Foqtsa göstəriş verə bilməz ki, belə etmə, elə et. Bu, onun taktikasıdı. Doqquz futbolçu ilə müdafiə olunmaq onun əsas üstünlüyüdü. Foqts özü həmişə müdafiə olunub, ona görə yığmamızdan da bunu tələb edir”.
