17 oktyabr 2012 12:18
Qarabağ Bakı ilə oyuna itkilərlə hazırlaşır
“Qarabağ” “Bakı”yla oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 9-cu turunda paytaxtın eyniadlı komandasını qəbul edəcək ağdamlılar gündə 2 dəfə məşqlərini davam etdirirlər.
Milli oyunlar səbəbindən komandadan ayrı düşən milli futbolçular komandanın məşqlərinə sabah qoşulacaqlar. Zədəli Əfran İsmayılov və Mustafa Afroto hələdə komandadan ayrı çalışırlar. Adıkeçən futbolçuların bakılılarla oyunu buraxacağı gözlənilir.
“Qarabağ”ın “Bakı”yla oyunu oktyabrın 20-də, 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
