17 oktyabr 2012 00:31
Dmitri Kombarov: İndi yenə tənqidlər başlayacaq
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Dmitri Kombarov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Vaxtında qol vura bilmədiyimizə görə heç bir həyəcan yox idi. Kapello fasilədə bizə bildirdi ki, ilk yarının son 20 dəqiqəsindəki kimi oynamağımız lazımdı. Oyundan sonra isə sadəcə təbrikini çatdırdı. Həmişəki kimi, yəqin yenə tənqidlər başlayacaq. Amma jurnalistlərin işi tənqid etməkdi. Bunda qorxulu heç nə yoxdu”.
