17 oktyabr 2012 12:42

Xəzər Lənkəran: 18 oyun, 73 futbolçu, 6 baş məşqçi

Premyer Liqanın IX turunda “Qəbələ”ni qonaq edəcək “Xəzər Lənkəran” tarixində 19-cu dəfə bu rəqiblə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandalar indiyədək 16 çempionat və 2 kubok matçında üz-üzə gəlib.
 
İndiyəqədərki matçların balansında aşkar üstünlüyə malik “ağ-yaşıllar” 11 dəfə qalib gəlib, 4 dəfə “sülh”lə razılaşıb və cəmi 3 dəfə məğlub olublar. Top fərqində də “Xəzər Lənkəran”ın üstünlüyü aşkar görünür – 30:14.
 
“Xəzər Lənkəran” tarixi ərzində yalnız 1 dəfə “Qəbələ”nin qapısına yol tapmayıb. Bu da səfərdə gerçəkləşib. Ev oyunlarında isə azarkeşlər ən azı 1 dəfə qol sevinci yaşayıblar.
 
Lənkəranda baş tutan əvvəlki oyunlara gəlincə, 6 qələbəsi olan “Xəzər Lənkəran” cəmi 3 dəfə qonaqlara xal verib: 2 heç-heçə və 1 məğlubiyyət. Bu matçlarda top fərqi 17:7-di. Bu isə o deməkdi ki, qarşıdakı matçda vurulacaq ilk qol Lənkəranda baş tutacaq 10-cu dueldə qeydə alınan 25-ci top olacaq.
 
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev “Qəbələ” ilə 18 oyunun 16-da oynamaqla rekordçudu. Radomir Todorov 14, Kamran Ağayev 12 dəfə bu rəqibə qarşı “ağ-yaşıl” formada oynayıb. Ümumilikdə isə 73 futbolçu əvvəlki 18 matçın iştirakçısı olub.
 
“Xəzər Lənkəran”ın vurduğu 30 qola isə 16 futbolçu imza atıb. Kubok oyununda avtoqol müəllifi kimi tarixə düşən “Qəbələ”li İrakli Vaşakidze istisna olmaqla “Xəzər Lənkəran”ın 15 üzvü rəqib qapısına yol tapıb. Bu mənada rekordçu Zaur Ramazanovdu. O, “Qəbələ”ni 6 qolla məyus edib.
 
İndi əks düşərgədə olan Rəşad Andullayev 4 dəfə indiki komandasının qapısına yol tapıb. Rahid Əmirquliyevlə Allan Lalin hərəyə 3, Emeka Opara ilə Emin Quliyev hərəyə 2 dəfə qəbələliləri oyuna mərkəzdən başlamağa məcbur ediblər.
 
Əvvəlki 18 matçda 25 “Xəzər Lənkəran”lı futbolçu 35 vərəqə ilə cəzalanıb. Bu vərəqələrdən 2-si qırmızı olub. Kostadin Cambazov və Alim Qurbanov “Qəbələ” ilə oyunlarda meydanı erkən tərk edənlərdi. Cambazov ümumilikdə 4, Rahid Əmirquliyevlə Adrian Pit 3 vərəqə alıblar.
 
“Qəbələ” ilə oyunlarda “Xəzər Lənkəran” 3 qapıçıya güvənib. Kamran Ağayev 12 matçda 7, Dmitri Kramarenko 5 oyunda 5 qol buraxıb. Kamal Bayramov isə meydana çıxdığı yeganə qarşılaşmada 2 dəfə məyus olub.
 
“Xəzər Lənkəran”ın 6 baş məşqçisi “Qəbələ” ilə duellərin iştirakçısı olub. İndiki baş məşqçi Yunis Hüseynov 3-cü dəfə komandanı “Qəbələ” önünə çıxaracaq. Əvvəlki 2 matçda onun yetirmələri uduzmayaraq 4 xal əldə edib. “Xəzər Lənkəran”ın baş məşqçilərindən Ağasəlim Mircavadov 10 (7 qələbə və 3 heç-heçə), Mirça Rednik 3 (2 qələbə və 1 məğlubiyyət) oyunda “Qəbələ” ilə üz-üzə gəlib. Rasim Kara, İqor Ponomaryoov və Cüneyt Biçər isə bu rəqiblə 1 dəfə üz-üzə gəlib. Onlardan biri – Kara qələbəyə sevinibsə, digərləri məğlubiyyətə üzülüblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.