17 oktyabr 2012 00:47
Fabio Kapello yığmamızı və Berti Foqtsu təriflədi
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən hələ oyundan öncəki mətbuat konfransında da hiss etmişdim ki, siz Azərbaycan yığmasını adi rəqib hesab edirsiz. Çünki mənə ünvanladığınız ilk 5-6 sualın heç biri bu oyunla bağlı deyildi. Bu, sadəcə, rəqibi düzgün qiymətləndirməməkdən xəbər verirdi. Adi, asan rəqib olmur. Berti Foqts öz işini çox yaxşı görmüşdü. Mən hələ oyundan öncə də demişdim ki, o, çox güclü məşqçidi. Həm də Azərbaycan yığması bizə qarşı yaxşı hazırlaşmışdı və təzə güclə mübarizə aparırdı”.
