18 oktyabr 2012 13:16

Maksim Medvedev: Rusiya ilə oyunumuzdan razı qaldım, çünki heç bir səhvə yol vermədik

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
- Belə oyundan sonra təəssüratımız necə ola bilər? Çox üzücü məğlubiyyət aldıq. Halbuki, ən azı bir xal qazanmağa çox yaxın idik. Özü də belə vacib bir görüşdə.
 
- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Penalti epizodu ilə bağlı yalnız onu deyə bilərəm ki, qərar düzgün deyildi. Düzdü, qayda pozuntusu var idi. Amma cərimə meydançasından kənarda. Hakim penalti təyin etməməli idi.
 
- Komandamızın əks-hücumlarının alınmaması nə ilə bağlı idi?
- Hər şey göz qabağında idi. Çünki topu özümüzdə saxlaya bilmirdik. Öncədən nəzərdə tutulmuşdu ki, rəqibin arxa xətdə buraxacağı boşluqlardan yararlanaq. Onlar həqiqətən də müdafiədə boşluqlara yol verirdilər. Amma təəssüf ki, biz bu şansları dəyərləndirə bilmədik.
 
- Bunun üçün nə lazım idi ki?
- Bilirsiz, biz heç də zəif rəqibə qarşı oynamırdıq. Rusiya qrupumuzun autsayderi deyildi, lideri idi. Amma etiraf etmək lazımdı ki, biz lazım olunan dərəcədə sürətli deyildik. Ən azı müdafiədən hücuma keçməkdə.
 
- Kamran Ağayevin penaltini dəf edəcəyinə inanırdınız?
- İstəyirdik ki, inanaq. Axı Kamran əla qapıçıdı. Amma bu dəfə alınmadı.
 
- Amma siz o qədər də məyus görünmürsüz...
- Mən həqiqətən də komandamızın oyunundan razı qaldım. Çünki biz taktiki cəhətdən heç bir səhvə yol vermədik. Olmayan penalti ucbatından məğlub olduq. İndi digər rəqiblərlə görüşlərimizi düşünməliyik.
 
- Sizin üçün Rusiyaya qarşı oynamaq xüsusi önəm kəsb edirdi?
- Xeyr, bu, digər futbolçularımız kimi, mənim üçün adi bir oyun idi. Fikrimcə, elə Aleksandr Səmədov üçün də Azərbaycanla oyun eyni dərəcədə adi bir hal idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.