18 oktyabr 2012 13:27

“Çoxları Azərbaycanın futbolçularımıza problem yarada biləcək komanda olmadığını deyirdi”

Rusiyalı futbol mütəxəssisi Andrey Çernışev futbol üzrə Azərbaycan yığması ilə ölkəsinin əsas komandası arasındakı seçmə mərhələ oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbəyə sevindikləri görüşlə bağlı öncə bunları dilə gətirib:

- Mən öncədən də Azərbaycanla oyunun kifayət qədər çətin keçəcəyini təxmin edirdim. Baxmayaraq ki, çoxları Azərbaycanın bizim futbolçulara problem yarada biləcək komanda olmadığını deyirdilər. Artıq böyük futbol ənənələri olmayan ölkələrdə də əcnəbi məşqçilərin sayəsində yaxşı oyun sərgiləmək bacarığına malikdilər. Azərbaycanlıların böyük qüvvəylə müdafiə olunacaqlarını da gözləyirdim. Belə güclü müdafiə xəttini keçmək çox çətindi. Belə oyunlarda erkən qol vurmaq çox vacibdi. Buna nail olmadıqda isə, çətinliklər daha da artır. Xoşbəxtlikdən Fabio Kapello uğurlu əvəzetmələrə əl atdı. Bıstrov oyuna çox yaxşı qoşuldu, Dzaqoyevin də çox köməyi dəydi. Hesab edirəm ki, komandamız minimal hesabla da olsa, layiqli qələbə qazandı.
 
- Sizcə, bu qədər hücumu boşa verməyin səbəbi nə idi?
- Rusiya yığmasının Portuqaliya ilə çətin oyundan çıxdığını unutmaq lazım deyil. Komandamız bütün güc və emosiyasını həmin oyunda sərf etmişdi. Həm də futbolçular Azərbaycanla görüşə tam bərpa ola bilməmişdilər. Məşqçilər korpusunun tam hazırlıq üçün az vaxta malik olduğunu da nəzərə almaq lazımdı.
 
- Portuqaliya ilə oyunla müqayisədə Azərbaycanla görüşdə əsas heyətdə iki dəyişiklik vardı: Andrey Yeşenko və Aleksandr Səmədov. Onların çıxışı barədə nə deyə bilərsiz?
- Meydana kimi buraxmaq baş məşqçidən asılıdı. Əgər Kapello onlara üstünlük vermişdisə, deməli, belə də lazım imiş. Yəqin ki, bütün futbolçuların durumunu nəzərə alaraq, belə addım atmışdılar. Məncə, bu futbolçular qarşılarına qoyulan vəzifəni lazımınca yerinə yetirdilər. Xüsusilə Səmədov çox fəal təsir bağışladı.
 
- Kapellonun Viktor Fayzulini Denis Qluşakovla əvəzləməsi artıq birinci hal deyil. Sizcə, onun bu əvəzləməsi Azərbaycanla görüşdə nə dərəcədə müsbət təsir göstərdi?
- Fikrimcə, Kapello bununla düzgün addım atdı. Qluşakov oyunu gücləndirdi. Azərbaycan yığması böyük qüvvə ilə müdafiə olunurdu. Matçın sonlarında rəqib futbolçular tamamilə öz cərimə meydançasına toplaşmışdılar. Belə vəziyyətdə yaxşı uzaqdan zərbələri olan futbolçuya ehtiyac var idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.