18 oktyabr 2012 14:39
Azad Rəhimov: Biz Berti Foqtsun işinə qarışa bilmərik
Gənclər və İdman Naziri Azad Rəhimov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsində Rusiyaya qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən bu oyuna Boris Bekkerlə baxdım. O da qeyd etdi ki, komandamız Rusiya ilə matçda pis təsir bağışlamadı. Mənə gəlincə, hesab edirəm ki, yığmamız artırıb. Müdafiəyəmeylli taktikaya gəlincə, mən Berti Foqts deyiləm və yığmamız üçün taktika seçə bilmərəm. İdman nazirliyi ölkənin yığma komandasının baş məşqçisinin işlərinə qarışa bilməz”.