18 oktyabr 2012 15:05

Andrey Yeşenko: Vaqif Cavadovun çox üzüldüyünü hiss etmədim

Futbol üzrə Rusiya yığmasının müdafiəçisi Andrey Yeşenko DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
- Bildiyimizə görə, siz oyuna start heyətində başlamamalı idiniz. Buna Anyukovun zədə alması şərait yaradıb...
- Mən də oyuna çıxacağımı son anda bildim. Təəccübləndiyimi gizlətməyəcəm. Çünki Anyukovun zədəsindən xəbərim yox idi.
 
- Bu oyun sizin üçün xüsusi əhəmiyyətə malik idi...
- Düzünü deyim ki, oyunun əvvəlində özümdə deyildim. Necə də olmasa, Rusiya yığması, ilk oyun, start heyətdə meydana çıxmısan... Bütün bunların təsiri var idi. Amma xoşbəxtlikdən iki dəqiq ötürmədən sonra hər şey qaydasına düşdü.
 
- Sağ cinahda oynayacağınızı biləndə düşünmədiniz ki, “nəhayət özümə doğma olan cinahda çıxış edəcəm”?
- Xeyr. Mən artıq sol cinahda da oynamağa alışmışam. Amma əlbəttə, sağda oynamaq mənim üçün daha komfortludu.
 
- Düzünü deyin, Azərbaycan yığmasının hansısa futbolçularının soyadını bilirdiniz?
- Əlbəttə, Cavadovun. Axı biz onunla “Volqa”da birgə çıxış edirdik. Oyundan öncə də xeyli söhbətləşmişdik.
 
- Bəs oyundan sonra?
- Deməzdim ki, o, inanılmaz dərəcədə üzgün idi. Vaqif məni təbrik də etdi. Hətta bizim yaxşı oynadığımızı da bildirdi.
 
- Oyunun əvvəlində Azərbaycan xeyli müddət təşəbbüsü ələ almışdı. Bu, sizi təəccübləndirmədi?
- Həqiqətən də onların ilk dəqiqələrdən hücuma atılması, ardıcıl künc zərbələri bir qədər gözlənilməz alındı. Amma vəziyyəti tez dəyişə bildik.
 
- Penalti epizodu ilə bağlı nə deyə bilərsiz?
- Azərbaycanlılar mümkün qədər kobud oynamağa, rəqibi əllə tutmağa çalışırdılar. Bütün bunları hakim əksər hallarda görmürdü. Üstəlik, onlar vaxtı da öldürürdülər. Bizim isə fikrimizdə yalnız qələbə qazanmaq var idi. Penaltiyə gəlincə, həmin epizodda qayda pozuntusu var idi. İstənilən halda Rusiya bu penaltiyə layiq idi.
 
- Kokorinin sözlərinə görə, Azərbaycanla oyun Portuqaliya ilə matçdan daha çətin oldu. Razısız?
- Əlbəttə. Qonaqlar 10 futbolçunu cərimə meydançasına düzmüşdü. Belə olan halda oynamaq çox çətinləşir. Amma məncə ilk hissədə ən azı bir qol epizodunda bəxtimiz gətirsəydi, hər şey tam fərqli olacaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.