18 oktyabr 2012 16:09
Millimizin rəqibi Şotlandiya ilə yoldaşlıq oyunu keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda yer alan Lüksemburq yığması noyabrın 14-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) Şotlandiya yığmasını qəbul edəcək.
Xatırladaq ki, həmin gün millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
