18 oktyabr 2012 16:56

Cavid Hüseynov: Belfastda yığmamıza Moskvadakından da çətin olacaq

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Adana Demirspor” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Hələ bir ay öncə sizdən müsahibə götürəndə danışırdıq ki, Türkiyədə özünə klub tapmısan, oynayırsan. Amma indi belə bir şayiə var ki, siz “Adana Demirspor”dan ayrılırsız. Niyə?
- Hələ heç bir qərar verməmişəm. Düzdü, bu klubun maliyyə problemləri var. Amma Türkiyənin birinci divizionundakı əksər komandalarında oxşar problemlər olur. İnanıram ki, hər şey yoluna düşəcək.
 
- Bəs düzəlməsə, hansı addımı atacaqsız?
- Onda vəziyyətə baxacağam. Amma yenə də ümidim var ki, hər şey yaxşı olacaq.
 
- Rusiya yığmasına məğlubiyyəti necə qarşıladınız?
- Şəxsən mən bu oyuna çox böyük ümidlər bəsləyirdim. Lakin təəssüf ki, alınmadı.
 
- Üç xala ümid edirdiniz?
- Niyə də yox? Ən azı bir xal qazanacağımıza ümidliydim. Oyun da göstərdi ki, bunda tam haqlı imişəm. Biz 84-cü dəqiqəyə qədər duruş gətirə bildik. Hücumlar etməyə də cəhd göstərirdik. Sadəcə, topa normal nəzarət edə bilmirdik.
 
- Niyə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmirdik?
- Məncə, bizə soyuqqanlılıq lazım idi. Belə rəqiblə oyunda bu, bizim üçün çox vacib idi. Çox həyəcanlı idik, top əlimizə düşəndə bu, daha da artırdı. Sakit oynamağımıza ehtiyac var idi. Hər halda məğlub olsaq da, göstərdik ki, belə rəqiblə oynaya bilərik.
 
- Sizə elə gəlmir ki, Şimali İrlandiya ilə noyabr ayında baş tutacaq qarşılaşmada növbəti xalımızı qazanmağın vaxtıdı?
- Əlbəttə, bizə qələbə qazanmaq lazımdı. Amma siz şimali irlandiyalıları zəif rəqib hesab etməyin. Onların futbolçuları İngiltərə Premyer Liqasında çıxış edirlər. Bu üzdən hesab edirəm ki, Belfastda bizim işimiz Moskvadakından da çətin olacaq.

- Niyə?
- Ona görə ki, Rusiya ilə oyundan fərqli, bu dəfə daha çox hücum etməli, riskə əl atmalı olacağıq. Hər halda maraqlı oyun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.