18 oktyabr 2012 17:14
Saşa Yunisoğlu Neftçi ilə yollarını ayıra bilər
Futbol üzrə Azərbaycan çempionu “Neftçi” qış transfer pəncərəsində ciddi dəyişikliklər etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, komandanı bir sıra futbolçular tərk edəcək.
Böyük ehtimalla onlardan biri Saşa Yunisoğlu olacaq. Təcrübəli müdafiəçi təsadüfi hallarda meydana çıxmasından, ehtiyatda qalmasından narazıdı.
Məhz bu üzdən o, iş yerini dəyişməklə bağlı klub rəhbərliyi ilə danışıqlar aparmağa hazırlaşır.
