18 oktyabr 2012 18:05
Cihan Özkaranın növbəti rəqibi müəyyənləşdi
Futbol üzrə Türkiyə Kubokunun üçüncü mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmada Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Erciyesspor”un da rəqibi müəyyənləşib.
Kayseri təmsilçisi bu mərhələdə 2-ci liqada çıxıq edən “Sarıyer”lə qarşılaşacaq. Oyun Kayseridə keçiriləcək.
Qeyd edək ki, Türkiyədə çıxış edən digər futbolçularımızın - Rail Məlikov (Dənizlispor) və Cavid Hüseynovun (Adana Demirspor) klubları mübarizəni ikinci mərhələdə dayandırıb.
