18 oktyabr 2012 19:53
Lider yenə qələbə qazandı
Bu gün futbol üzrə Azərbaycan birindi divizionunda 7-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında lider “Neftçala” MOİK-in qonağı olub. Neftçalalılar “hərbçilər”i də məğlub etməyi bacarıblar.
7-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
Birinci divizion
7-ci tur
18 oktyabr (cümə axşamı)
MOİK – Neftçala – 1:3
Qollar: Rafael Qəvami, 75 - Ceyhun Cavadov, 59, Afiq Yusifov, 62, Aqşin Həşimov, 66.
Hakimlər: Fərid Məmmədov, Təhmasib İsmayılov, Rəvan Həmzəzadə, Ömər Paşayev.
Bakı. “Ədliyyə” stadionu.
