19 oktyabr 2012 17:49

Neftçi Kəpəz səddini dörd qolla keçdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 9-cu turun oyunlarına start verilib Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Turun açılış matçında son çempion “Neftçi” “Kəpəz”lə qarşılaşıb. Görüş bakılılar üçün yaxşı başlamayıb. Belə ki, qonaq komanda erkən qolla hesabı açıb. Amma paytaxt təmsilçisi gəncəliləri qol vurmağa peşman ediblər. Kanalesin dubla imza atdığı və möhtəşəm qolla yadda qaldığı görüşdə "ağ-qaralar" darmadağına seviniblər.
 
Qalan görüşlər isə qarşıdakı günlərdə keçiriləcək.
 
Premyer Liqa
9-cu tur
19 oktyabr (cümə)
 
NEFTÇİ – KƏPƏZ - 4:1 (2:1)
Qollar: E.Əliyev, 5 (0:1), J.Vobay, 23 (1:1), N.Kanales, 26 (2:1), N.Kanales, 64 (3:1), A.Abdullayev, 75 (4:1)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov.
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
Oyun başladı
5. Müdafiənin kobud səhvindən yararlanan E.Əliyev dəqiq zərbə ilə erkən qola imza atır - 0:1
8. "Kəpəz"in növbəti təhlükəli hücumu zamanı yenə E.Əliyev qapını nişan alsa da, bu dəfə zərbəsi dəqiq olmur
13. Bakılıların hesabı bərabərləşdirməsinə son anda X.Zeynalov mane olur
20. Meydan sahiblərinin hesabı bərabərləşdirmək cəhdlərinin qarşısını gəncəlilər hələ ki, inamla ala bilirlər
23. Vobay komandasının əla hücumunu qolla tamamlayır - 1:1
26. Bertuççinin əla cinah reydindən və ötürməsindən sonra Kanales baş zərbəsi ilə yaxın küncü dəqiq nişan alır - 2:1
27. Bertuççi sarı vərəqə ilə cəzalanır
35. Seyidovun yaxın məsafədən zərbəsi kornerlə nəticələnir
36. "Neftçi"nin kornerdən fərqlənmək istəyi alınmır
39. N.Məmmədov sarı vərəqə ilə cəzalandırılır
41. Flavinyonun əla ötürməsini Kanales qapıya ünvanlasa da, X.Zeynalov inanılmaz reaksiya nümayiş etdirərək, qola imkan vermir
42. "Kəpəz"də erkən əvəzləmə: N.Məmmədovu P.Paşayev əvəzləyir
42. Korner zamanı Bertuççinin zərbəsi qapıdan azca yan keçir
43. Flavinyo yaxın məsafədən qapıya yol tapmağa borclu olsa da, topu saxlaya bilmir
44. Qonaqların korner vuruşundan qol səsi çıxmır
45. İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Kəpəz" korneri uğursuz yerinə yetirir
54. "Neftçi"nin kornerini Vobay qeyri-dəqiq zərbə ilə tamamlayır
56. E.Əsgərov birdən-birə "Kəpəz"in iki futbolçusuna sarı vərəqə verir: A.Məmmədov və N.Svejentsev cəzalı duruma düşür
64. Flavinyonun əla ötürməsindən sonra Kanales möhtəşəm qola imza atır - 3:1
65. A.Feutçin sarı vərəqə alır
67. Hakim B.Soltanovla Flavinyonu sarı vərəqə ilə cəzalandırır
69. M.Seyidovu C.İmamverdiyev əvəzləyir
71. E.Əliyevin əvəzində meydana Z.Məmmədov çıxır
72. M.Hüseynovun zərbəsindən sonra Stamenkoviç komandasını qoldan xilas edir
73. "Neftçi"də R.Sadiqovu A.Abdullayev əvəzləyir
74. "Kəpəz"də isə B.Soltanovun yerinə E.Əzizov çıxır
75. Araz meydana çıxışını qolla qeyd edir - 4:1
80. Cavidin növbəti qolu vurmasına azacıq dəqiqlik çatışmır
85. "Kəpəz" buraxılan qollardan birinin əvəzini çıxmağa çox yaxın olsa da, hər şey bakılılar üçün yaxşı bitir
86. Qonaqların ardıcıl üç künc zərbəsi qol gətirmir
89. X.Zeynalov Flavinyonun başla fərqlənməsinə mane olur
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Falvinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 17. Araz Abdullayev, 18. Elgiz Kərəmli, 21. Kamil Nurəhmədov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
KƏPƏZ: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. İvan Rodoş, 8. Elvin Həsənəliyev, 7. Pərvin Paşayev, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
 
Turun digər oyunları: 20 oktyabr - Turan – AZAL, Qarabağ – Bakı, İnter – Simurq, 21 oktyabr - Sumqayıt – Rəvan, Xəzər Lənkəran – Qəbələ.
 
1
8
5
3
0
11-2
18
 
2
8
3
4
1
11-8
13
 
3
6
4
0
2
13-7
12
 
4
7
3
3
1
13-7
12
 
5
7
3
3
1
7-4
12
 
6
8
3
1
4
9-16
10
 
7
8
2
3
3
8-10
9
 
8
7
2
2
3
9-7
8
 
9
8
2
1
5
8-13
7
 
10
9
2
1
6
7-18
7
 
11
6
1
4
1
6-5
7
 
12
8
1
3
4
7-12
6
 
 
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Manuel Skarlatake (Xəzər Lənkəran), Marçin Burhard (Simurq), Mario Bojiç (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Xuan Manuel Varea (Rəvan).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.