18 oktyabr 2012 11:16
Vladimir Bıstrov: Biz Azərbaycanla oyuna görə 5 bala layiqik
Futbol üzrə Rusiya yığmasının yarımmüdafiəçisi Vladimir Bıstrov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
- Azərbaycanla oyunda 84-cü dəqiqəyə qədər qol vura bilməməyimizin bir sıra səbəbləri var. Əvvəla onu demək lazımdı ki, hazırda bütün yığmalar müdafiə olunmağı bacarırlar. Öz qapının toxunulmazlığını qorumaq daha asandı, nəinki hücum etmək. Bizdə də bu, uzun müddət alınmadı. Amma sonda istəyimizə çatdıq.
- Bəlkə bu komandanı düzgün qiymətləndirməmişdiniz?
- Bundan söhbət gedə bilməz. Elə oyuna necə köklənməyimiz hər şeyə cavab idi. Başa düşürdük ki, mütləq qalib gəlməliyik. Bunun çətinliklə başa gəlməsi başqa məsələdi. Ümumiyyətlə, belə oyunlarda komanda oyunu çox vacibdi. Çünki hamı bir-birinə kömək etməlidi.

- Portuqaliya və Azərbaycanla oyunlarda komandanı ayrı-ayrılıqda neçə balla qiymətləndirmək olar?
- Qoy bunu başqaları etsinlər. Amma məncə komanda Portuqaliya ilə oyunda beş bala layiq idi. Özü də nəzərə almaq lazımdı ki, biz necə rəqiblə oynayırdıq.

- Bəs Azərbaycanla oyuna görə?
- Bu oyuna da beş bal! O oyunda da 3 xal qazandıq, bu matçda da. Bu, heç də asan məsələ deyil. Məsələn, Portuqaliya evdə Şimali İrlandiyanı məğlub edə bilmədi.

- Oyunun taleyini həll edən penaltini siz qazandınız. Sizcə, orda penalti var idi?
- Həmin epizodda mənə qarşı qayda pozuntusu şübhəsizdi. Amma onun harda – xətdən içəridə və ya çöldə olmasını müəyyənləşdirmək hakimin işidi. Referi penalti nöqtəsini göstərəndə, biz hamımız rahat nəfəs aldıq.