19 oktyabr 2012 00:06
Premyer Liqa həyəcanına davam
Bu gün növbəti fasilədən sonra futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında mübarizə bərpa olunacaq. Azerisport.az xəbər verir ki, 9-cu turun oyunları üç gün ərzində baş tutacaq.
Turun açılış matçında son çempion “Neftçi” “Kəpəz”lə qarşılaşacaq. Gəncə klubu Mahmud Qurbanovun gəlişindən sonra tədricən özünə gəlir və bu dəfə də iddialı rəqibini büdrətməyi hədəfləyib. Hansı ki, Qurbanov özü də bu iddiasını gizlətməyib. Lakin geridə qalan 5 oyunundan ikisində məğlub olmuş “Neftçi” növbəti xal itkisi ilə üzləşmək fikrində deyil. Böyükağa Hacıyevin komandası növbəti qələbəsini qazanaraq, turnir cədvəlindəki vəziyyətini yaxılaşdırmağa çalışacaq.
İkinci oyun günündə yeni mövsümə yaxşı başlayan AZAL səfərdə “Turan”la münasibətlərinə aydınlıq gətirəcək. “Xəzər Lənkəran”la oyunda ilk məğlubiyyətini yaşayan Vaqif Sadıqovun komandası indi bu uğursuzluğu Tovuzda unutdurmağa çalışacaq. “Təyyarəçilər”in liderlər qrupundakı mövqeyini qorumaq üçün başqa çıxış yolu yoxdu. Bölgə təmsilçisi isə bu oyuna yeni baş məşqçisini uğurlu nəticə ilə qarşılamaq üçün çıxacaq. Axı Əsgər Abdullayevin gedişindən sonra boş qalan baş məşqçi postuna gətirilmiş Əfqan Talıbov debüt matçına çıxacaq.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qarabağ” bu tur “Bakı” ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandasında yenə millimizin düşərgəsindən qayıdan futbolçularla bağlı narahatlıqlar var. Amma hər şeyə rəğmən, bölgə klubu “zolaqlılar”la qarşılaşmada uğur qazanmağa borcludu. Əks halda “Qarabağ” zirvədən aralı düşə bilər. Rəqib düşərgədə vəziyyət daha pisdi. Paytaxt klubu keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanıb və hazırda 7 xalla turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Bojidar Bandoviçin komandası vəziyyəti düzəltmək üçün mütləq qələbə qazanmalı, ən azı bir xal qazanmalıdı. Növbəti məğlubiyyət isə serbiyalı məşqçinin postu bahasına başa gələ bilər.
İkinci oyun gününün son matçında isə “İnter” lider “Simurq”la qarşılaşacaq. Ən yaxın izləyicisindən 5 xal öndə olan Zaqatala klubu cari mövsümün məğlub olmayan yeganə komandasıdı. Georgi Çixradzenin yetirmələri “bankirlər”lə görüşə də ən azı bir xal üçün çıxacaqlar. “İnter” isə rəqibin uğurlu çıxışına son qoymaq üçün meydana çıxacaq. Meydan sahibi olması paytaxt təmsilçisi üçün əsas üstünlük sayıla bilər.
Yeni mövsümə pis təsir bağışlamayan “Sumqayıt” “Rəvan”la üz-üzə gələcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan paytaxt klubu bu oyuna dönüş nöqtəsi gözü ilə baxır. Qazanılacaq bir qələbə “aslanlar”ı xeyli irəli sala bilər.
Nəhayət, turun qapanış matçında “Xəzər Lənkəran” “Qəbələ” ilə qarşılaşacaq. Turnir cədvəlinin ortalarında qərarlaşan və qonşu olan komandaların dueli maraqla gözlənilir.
Premyer Liqa
9-cu tur
19 oktyabr (cümə)
16:00. Neftçi – Kəpəz
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
20 oktyabr (şənbə)
16:00. Turan – AZAL
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Tovuz. Şəhər stadionu.
16:00. Qarabağ – Bakı
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
18:00. İnter – Simurq
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Şəfa” stadionu.
21 oktyabr (bazar)
16:00. Sumqayıt – Rəvan
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17:15. Xəzər Lənkəran – Qəbələ
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Akif Məmmədov.
Lənkəran şəhər mərkəzi stadionu.
1
8
5
3
0
11-2
18
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL)
3 - Riçard Almeyda (Qarabağ), Manuel Skarlatake (Xəzər Lənkəran), Marçin Burhard (Simurq), Mario Bojiç (Simurq), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Xuan Manuel Varea (Rəvan).
