18 oktyabr 2012 00:02
Kəpəzə prezident dəstəyi (FOTO)
“Neftçi” ilə çətin sınaq öncəsi “Kəpəz”in prezidenti Elmir Əliyev komandasını tək buraxmayıb. Azerisport.az xəbər verir ki, klub rəhbəri məşqə təşrif buyuraraq, hazırlıq prosesini sona kimi izləyib.
Bu addımı ilə futbolçulara ruh verən Elmir Əliyev məşqdən sonra baş məşqçi Mahmud Qurbanovla söhbətdə komandanın durumu ilə maraqlanıb.
