18 oktyabr 2012 11:54
Bakıda futzal üzrə beynəlxalq turnir keçiriləcək
2013-cü ilin fevral ayında Bakıda futzal üzrə yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnir iştirakçılarının siyahısı Avropa çempionatının seçmə mərhələsinin püşkatmasından sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, həmin mərasim dekabrın 4-də keçiriləcək. Seçmə mərhələ oyunları isə gələn martın 26-dan 31-dək baş tutacaq. Bakıdakı turnir də məhz həmin oyunlara hazırlıq xarakteri daşıyacaq.
