18 oktyabr 2012 12:07
Flavinyo qayıtdı, Nasimov gözləyir
Azərbaycan çempionu “Neftçi” Topaz Premyer Liqasının 9-cu turunun “Kəpəz”lə oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu tam heyətlə hazırlıq keçə bilmir.
Yığmanın düşərgəsində olan Mahir Şükürovun bu gündən etibarən komandanın sıralarına dönməsi gözlənilir. Eyni zamanda “ağ-qaralar”ın aparıcı futbolçusu Flavinyo da Bakıya qayıdıb. Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ailə problemləri ilə əlaqədar Braziliyaya yollanmışdı.
Məşqçilər korpusu hazırda zədəli Bahodir Nasimovun da sıraya dönməsini gözləyirlər. Hansı ki, o, uzun müddətdi yaşıl meydanlardan kənar qalıb.
