18 oktyabr 2012 12:19
Mahmud Qurbanov: Neftçi ilə oyuna qələbə əzmi ilə gedirik
Oktyabrın 19-da “Kəpəz” Bakıda “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, oyun öncəsi komandanın baş məşqçisi Mahmud Qurbanov fikirlərini bölüşüb:
“Digər oyunlara olduğu kimi bu, görüşə də normal hazırlaşmışıq. Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından, məşq etmək üçün vaxtımız çox idi. Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik. Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. “Neftçi” ilə oyuna qələbə əzmi ilə gedirik. Düzdü, rəqib favoritdi, Avroliqada çıxış edir. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirik. İnşallah, istədiyimiz nəticəni əldə edərik”. (klub saytı)
