18 oktyabr 2012 12:23
Sumqayıtın zədəliləri qayıdır (FOTO)
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Rəvan"ı qəbul edəcək "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, doğma arenada hazırlaşan komanda gündə iki dəfə olmaqla məşq keçir.
Bir müddət əvvəl əməliyyat keçirmiş Ruslan Qurbanov artıq fərdi məşqlərə başlayıb. Zədəsini sağaltmış Uğur Pamuk da komanda ilə birlikdə hazırlaşır. Müdafiəçimiz Xəyal Mustafayevlə qapıçı Elçin Sadıqov isə zədə səbəbindən son məşqdə iştirak edə bilməyib.
Qeyd edək ki, əsas millinin heyətindən qayıdan Səlahət Ağayev və Murad Ağayev də artıq Bernhard Raabın sərəncamındadı.
