18 oktyabr 2012 12:52
Aleks de Souza rəsmən Braziliya klubunda (FOTO)
Türkiyənin “Fenerbahçe” komandasından ayrılan braziliyalı futbolçu Aleks de Souzanın yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Braziliyanın “Coritiba” komandası ilə razılığa gəlib.
Artıq bu məlumatı Braziliya təmsilçisinin rəsmi saytı da təsdiqləyib. Aleks öz açıqlamasında komandanın azarkeşlərini salamlayıb və arzularını dilə gətirib. Futbolçu ilə ikiillik müqavilə imzalanacaq.
Qeyd edək ki, Aleks futbolçu karyerasına 1995-ci ildə məhz “Coritiba”da başlamışdı. O, “Fenerbahçe”yə 2004-cü ildə transfer olmuşdu.
