19 oktyabr 2012 13:18
“Foqts bizimlə məzələnir”
Azərbaycanlı futbol mütəxəssisi Elxan Abdullayev yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandamızın 0:1 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Uşaqların qarşısına müdafiə olunmaq tələb qoyulmuşdu. Düzü, mən belə taktikanı başa düşə bilmirəm. Əlbəttə, müdafiəyəmeylli taktikaya üstünlük vermək olar. Amma hərdən hücuma da getmək lazımdı. Amma Foqtsun bu qorxaq oyunu xoşuma gəlmir. Rusiyaya uduzan Şimali İrlandiya niyə Portuqaliya ilə səfər matçında heç-heçə edə bildi? Çünki hücuma gedə, qapıya zərbə vura bilirlər. Biz isə öyrənməyə gedirik. Mən hələ iki-üç il öncə də demişdim ki, Foqtsun işində heç bir perspektiv yoxdu. O, ümumiyyətlə bizimlə oyun oynayır. Rusiya ilə oyun öncəsi deyir ki, qrup üçüncülüyü uğrunda mübarizə aparırıq. Bəs nəyin sayəsində buna nail olmaq istəyir? Oyundan sonra da deyir ki, biz Lüksemburq, Şimali İrlandiya ilə eyni səviyyədəyik”.

Lakin Abdullayev nəticə baxımından hər şeyin o qədər də faciəvi olmadığını bildirir: “Prinsipcə, 0:1 o qədər də qorxulu nəticə deyil. Amma istənilən halda məğlubiyyətdi. Bu oyunla Şimali İrlandiya və Lüksemburqla oyunlarda xal götürəcəyimizə şübhəm var. Özü də söhbət təkcə səfər oyunlarından getmir. Elə ev oyunlarında da onları məğlub edəcəyimizə əmin deyiləm. Məni düzgün başa düşün. Mən də istəyirəm ki, futbolçularımız yaxşı oynasınlar, xal qazansınlar. Foqts isə bizimlə məzələnir. Bəziləri isə onu dəstəkləyir”.
Vaxtilə Foqtsun köməkçisi vəzifəsində çalışmış mütəxəssis almaniyalı məşqçinin işindən danışarkən daha sonra bunları söyləyib: “Mən başa düşə bilmirəm ki, o, “Neftçi”dən niyə yalnız Mahir Şükürova dəvət göndərmişdi. Bu, bizim avrokuboklarda belə uğur qazanan ilk komandamızdı. Hansı ki, heyətində çoxlu azərbaycanlı futbolçu yer alır. Amma Foqts onlara dəvət göndərmir. O, bir qayda olaraq əcnəbi məşqçilərin çalışdığı komandaların oyunçularına üstünlük verir. Məsələn, Şeferin vaxtında “Bakı”dan, Toni Adamsın vaxtında “Qəbələ”dən, Bernard Raabın “Sumqayıt”ından. Azərbaycanlı mütəxəssislərin çalışdığı və daha yaxşı nəticə qazanan komandalardan futbolçu çağırmır, deyir bizimkilər zəifdi, əvəzində Almaniyanın üçüncü liqasından futbolçu dəvət edir”.
AZAL-ın sabiq çalışdırıcısı milliləşdirilmiş futbolçulara da qiymət verib: “Mən həmişə legioner futbolçuların əleyhinə olmuşam. Mən başa düşə bilmirəm ki, komandamızda bu qədər legioner nəyə lazımdı. Onlarla futbolçularımız arasında heç bir fərq görmürəm”.