19 oktyabr 2012 14:12
Rəşad Sadıqov: Bakı ilə heç-heçə də pis nəticə sayılmamalıdı
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 9-cu turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmanın oyunları ilə əlaqədar yaranan belə fasilələrdən sonra bizim üçün çempionat oyununa köklənmək çox çətin olur. Adətən, belə fasilələrdən sonrakı nəticələrimiz də yaxşı olmur. İstəməzdim ki, bu dəfəki fasilədən sonra ilk olaraq “Bakı” ilə qarşılaşaq. Amma başqa çıxış yolumuz da yoxdu. Rəqibimiz heç də pis oyun sərgiləmir. Baxmayaraq ki, nəticə qazana bilmirlər. “Bakı”nın yaxşı heyəti və baş məşqçisi var. Fikrimcə, bu komanda ilə heç-heçə də pis nəticə sayılmamalıdı”.