19 oktyabr 2012 15:15
Saşa Yunisoğlu: Bunların hamısı şayiədi
“Neftçi”nin müdafiəçisi Saşa Yunisoğlu qışda paytaxt klubundan ayrılmaq istəməsi barədə yayılan xəbərlərə münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Belə xəbərlərin hardan yarandığını başa düşmürəm. Görünür, bu, kimlərəsə sərf edir. Məni indiki klubumda hər şey qane edir. Komandamız Avropa Liqasında çıxış edir. Premyer Liqada da potensial liderik. Klub rəhbərliyi, komanda yoldaşlarımla çox yaxşı münasibətlərim var. “Neftçi” ilə müqaviləmin müddəti də gələn ilin iyun ayında başa çatacaq. Ona görə də komandanı tərk etməyi heç düşünmürəm də. Məşqlərdə öz üzərimdə çalışıram və inanıram ki, baş məşqçi mənə də özümü göstərmək şansı verəcək. “Neftçi” böyük klubdu. Burda həmişə rəqabət böyük olub, bundan sonra da belə olacaq. Baş məşqçinin də qərarlarına hörmətlə yanaşıram. Mən sadəcə öz saatımı gözləyirəm. Klubumda oynamaqla yığmamızın heyətinə qayıtmağı çox istəyirəm. Qışda klubdan gedəcəyimə dair yayılan söhbətlər şayiədi”.