19 oktyabr 2012 15:36

Böyükağa Hacıyev: Neftçi Kazandan 3 xalla dönməyə hazırlaşır

Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytının suallarını cavablandırıb.
 
- Öncə Rusiya – Azərbaycan matçı barədə təəssüratlarınızı bilmək istərdik...
- Azərbaycan yığması meydanda sona kimi mübarizə apardı. Xüsusilə ilk 15 dəqiqədə çox yaxşı oynadıq. Amma bir qədər həyəcan hiss olunurdu. Etiraf etmək lazımdı ki, ruslar səviyyə baxımından daha üstündülər. Bəziləri deyir ki, Azərbaycan yığması bu dərəcədə böyük qüvvə ilə müdafiə olunmamalıdı. Lakin bu, baş məşqçinin taktikasıdı. Biz ona oyunu necə təşkil etməklə bağlı göstəriş verə bilmərik. Foqts özü də müdafiəçi olub ona görə də futbolçularından arxa xətdə diqqətli oyun tələb edir.
 
- Yığmamızın heyətində kimin çıxışını xüsusi qeyd edərdiniz?
- Ruslan Abışov əla oynadı. Hiss olunurdu ki, “Neftçi” məktəbi keçib. Abışov hücumlara da dəstək verməyə çalışırdı. Bir neçə epizodda o, komanda yoldaşlarını yaxşı sığortaladı. Kamran Ağayev də yaxşı təsir bağışladı. Məhz onun ustalığı sayəsində komandamız çox qol buraxmaqdan qurtuldu. Mahir Şükürov intizamlı oyunu ilə yanaşı kapitanlıq funksiyasını da yaxşı yerinə yetirdi.
 
- Sizcə, Rusiya yığması qələbəyə layiq idi?
- Rusiya oyunun favoriti idi və 3 xala da layiq idi. Çünki onlar çoxlu qol epizodları yaradırdılar. Amma qolu penaltidən vurdular. Hakimin idarəçiliyi qətiyyən xoşuma gəlmədi. O, həyəcanlı idi, səhv etməkdən qorxurdu.
 
- Penalti var idi?
- Məncə, hə.
 
- Bir həftə sonra “Neftçi”nin Avropa Liqasında “Rubin”lə oyun gözləyir. Rusiya klubu ilə görüşdən nə gözləyirsiz?
- Foqtsdan fərqli olaraq, mən komandamdan müdafiə olunmağı tələb edə bilmərəm. Bu, mənim stilimdi. Mən heç vaxt müdafiə olunmağı sevməmişəm. Hətta “İnter”lə oyunda da biz hücum futbolu oynadıq. Qələbə qazanmaq istəyirsənsə, risk etməlisən. Mən “Rubin”i oyunu favoriti saymıram. “Neftçi” artıq özünü Avropada göstərib. Mənə elə gəlir ki, rəqiblərimiz bizdən çəkinirlər.
 
- Siz “Rubin”in oyunlarına baxmısız?
- Bəli. Bu, Rusiyanın ən güclü komandalarından biridi. Heyətində Yeryomenko, Ryazantsev, Karadeniz kimi futbolçular çıxış edir. Onlar hücum etməyi, qol vurmağı sevirlər. Adətən rəqibin səhvlərindən yararlanmağa üstünlük verirlər. Lakin istənilən halda “Neftçi” Kazana qələbə üçün gedəcək. Biz Bakıya 3 xalla qayıtmaq istəyirik.
 
- “Rubin”ə qədər sizi “Kəpəz”lə çempionat oyunu da gözləyir...
- “Kəpəz” çətin komandadı. Mahmud Qurbanovun bu komandanı çalışdırması məni çox sevindirir. Əvvəllər onu professor adlandırırdılar. Onun özünü göstərməsi üçün vaxt lazımdı. Biz “Kəpəz”lə oyuna çox diqqətli yanaşmalıyıq.
 
- Qurbanov bildirib ki, “Neftçi” ilə oyunda qələbə üçün meydana çıxacaqlar...
- “Kəpəz” xoşuma gəlir. Əgər onlar bizimlə oyunda qələbə üçün çalışacaqlarsa, deməli, görüş daha da maraqlı olacaq. Aydın məsələdi ki, rəqib ikiqat güclə mübarizə aparacaq. Lakin biz xal itirə bilmərik. “Kəpəz” üzərində qələbə Kazan səfəri öncəsi bizim üçün çox vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.