19 oktyabr 2012 15:53
Berti Foqts yenidən yığma komandamızı bir araya gətirir
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts yenidən komandamızı bir araya gətirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 15-dək isə Şimali İrlandiyanın Belfast şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində noyabrın 14-də, Belfast şəhərində millimiz Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
