19 oktyabr 2012 16:04
Millimizin seçmə mərhələdəki iki oyunun vaxtı dəyişdirildi
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabrın 28-də və 31-də keçiriləcək qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 18:30-da deyil, saat 17:00-da başlayacaq.
Yığmamızın oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:
26 oktyabr, saat 18:30
Azərbaycan - İslandiya
Zaqreb (Xorvatiya). NK Hask stadionu
Baş hakim: Marios Panayi (Kipr)
28 oktyabr, saat 17:00
Gürcüstan - Azərbaycan
Zapreşiç (Xorvatiya). NK İnter Zapreşiç stadionu
Baş hakim: Marios Panayi (Kipr)
31 oktyabr, saat 17:00
Azərbaycan - Xorvatiya
Sesvete (Xorvatiya). Sv. Josip Radnik stadionu
Baş hakim: İvan Kruzliak (Slovakiya)
