19 oktyabr 2012 16:51
İnterin əvəzediciləri millimizə qarşı
Məlum olduğu kimi, əvəzedici heyətlər üzrə keçirilən Azərbaycan Çempionatının 9-cu turu çərçivəsində baş tutmalı olan "İnter" - "Simurq" matçı paytaxt klubunun bəzi üzvlərinin milli komandaya dəvət edilməsi üzündən təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna baxmayaraq, Tofiq Mustafayevin yetirmələri sabah meydana çıxmağa hazırlaşırlar.
Belə ki, oktyabrın 20-də "Dalğa Arena" stadionunda “İnter”in əvəzediciləri Azərbaycanın U-16 milli komandasıyla üz-üzə gələcək. Saat 18.00-da baş tutacaq qarşılaşmada meydançaya əsasən komandanın heyətinə cəlb edilən 1996 və 1997-ci il təvəllüdlü futbolçular çıxacaqlar.
