19 oktyabr 2012 17:14
Rubin Neftçi ilə oyunun qiymətini açıqladı
Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Rusiya “Rubin”i arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, artıq biletlərin qiyməti də məlumdu.
Belə ki, “Rubin” – “Neftçi” matçına biletlərin qiyməti 5-25 manat (200-1000 rubl) aralığında dəyişir.
Qeyd edək ki, “Rubin”lə “Neftçi” arasındakı qarşılaşma oktyabrın 25-də Kazanda keçiriləcək.
