19 oktyabr 2012 17:54
Yığmamızın rəqibi ABŞ-la qarşılaşacaq
Futbol üzrə Rusiya yığması özünə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, Fabio Kapello yetirmələrini ABŞ millisi ilə görüşdə sınayacaq.
Sözügedən qarşılaşma noyabrın 14-də Krasnodarda keçiriləcək. Məlumatı qonşu ölkə mətbuatı yayıb.
Qeyd edək ki, Rusiya DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibidi. Bu komandalar arasında dir neçə gün öncə baş tutan görüşdə millimiz 0:1 hesablı yenilgiylə üzləşmişdi. Noyabrın 14-də Azərbaycan millisi seçmə mərhələ çərçivəsində Şimali İrlandiya ilə üz-üzə gələcək.
