19 oktyabr 2012 18:27
Böyükağa Hacıyev: Bizim oyunçular həmin qoldan sonra ayıldılar
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 9-cu turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz”in “Bakı” və “Qarabağ”la oyunlarına baxıb, onları yaxşı təhlil etmişdim. Oyunun ilk on dəqiqəsində futbolçularım rəqibi qiymətləndirmədilər. Bunun nəticəsində “Kəpəz” erkən qol vurdu. Həmin qoldan sonra bizim oyunçular ayıldı. Hesab edirəm ki, futbolumuzun “professor”u Mahmud Qurbanov çox yaxşı komanda hazırlayıb, lakin daha yaxşı kollektiv qurmaq üçün 4-5 ay vaxt lazımdı”.
