19 oktyabr 2012 18:43
Mahmud Qurbanov: Kəpəzin gənc futbolçuları Neftçinin adından çəkindilər
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 9-cu turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunda istədiyimiz nəticəni əldə bilmədik. Rəqiblə müqayisədə bizim futbolçularda təcrübə çatışmır. Heyətimizdə gənc futbolçular çoxdur. Onlar “Neftçi”nin adından çəkindilər. “Kəpəz”ə bundan sonra özünü göstərmək üçün yaxşı futbolçular və zaman lazımdır”.
