19 oktyabr 2012 11:22
Dörd “azərbaycanlı” Tunis ilə bacarmadı
Futbol üzrə Syerra Leone yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, syerra leonelilər səfərdə Tunislə qarşılaşıblar.
Görüş 0:0 hesabıyla başa çatıb. Beləcə, iki oyunun nəticəsinə görə (ilk görüşdə tunislilər səfərdə 2:2 hesablı heç-heçəyə nail olmuşdular) Tunis növbəti mərhələyə adlayıb.
Bu görüşdə Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da oynamaq şansı qazanıblar. “Bakı"nın müdafiəçisi İbrahim Karqbo 90 dəqiqə meydanda olub. Özü də o, ölkəsinin millisini kapitan kimi meydana çıxarıb. Onunla yanaşı “Rəvan”ın futbolçuları Şerif Suma və Samuel Barlay, həmçinin “Neftçi”dən Julius Vobay da sözügedən qarşılaşmada forma geyiniblər. Suma 70-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb. Barlay və Vobay isə 86-cı dəqiqədə əvəzləniblər.
