19 oktyabr 2012 11:31
Yığmamız xorvatlar üzərində darmadağına sevindi
Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun yetirmələri "Yadren" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Bayram Budaqov, Eldar Cankişiyev və Orxan Əliyev vurub.
