19 oktyabr 2012 21:42
Millimiz İspaniyaya məğlub oldu (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız startda İspaniya millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Yığmamızın yer aldığı 4-cü qrupda bu gün daha bir görüş baş tutub. Millimizin digər rəqibləri – Polşa və Bolqarıstan üz-üzə gəlib. Polşalılar qələbə qazanan tərəf olublar.
AÇ-nin ilkin seçmə mərhələsi
4-cü qrup
İSPANİYA - AZƏRBAYCAN - 2:0 (1:0)
Qollar: Poso, 17; 53.
Stara Zaqora (Bolqarıstan). “Beroe” stadionu.
Hakim: Kevin Klensi (Şotlandiya).
Oyun başladı
1. Qapıya ilk zərbə E.Cəfərovdan gəlsə də, dəqiq olmur
3. İlk korner vuruşunu ispanlar həyata keçiririlər və uğursuz alınır
6. X.Qarsiyanın zərbəsi qapıdan yan keçir
11. İspaniya daha iki korner vurur və komandamız diqqətli oynayır
12. El-Uriaşinin zərbəsi hədəfdən yan keçir
17. Poso Traorenin ötürməsindən sonra hesabı açır - 1:0
21. İspanlar penalti vurmaq hüququ qazanırlar. Penaltiyə səbəb olan Hakimov isə sarı vərəqə alır
21. Lakin Poso penaltini boşa verir
22. İspaniya kornerdən yararlana bilmir
23. İspanlardan növbəti uğursuz korner vuruşu
40. Həşimlinin cərimə zərbəsi təhlükəli olsa da, dəqiq olmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. Yığmamızın heyətində Cəfərovu Mədətov əvəzləyir
53. Poso komandamızı ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 2:0
56. Nəhavəndinin əvəzində meydana T.Məmmədov çıxır
58. Qurbanlı sarı vərəqə ilə cəzalanır
60. Fernandesin zərbəsi qapıdan aralı keçir
67. El-Uriaşinin əvəzində meydana Pino çıxır
76. Həşimli də sarı vərəqə alanların sırasına qoşulur
77. Poso yerini Nunyesə verir
78. Yığmamızda isə C.Felekin əvəzində meydana R.Sadıqov çıxır
79. Pinonun zərbəsindən sonra Qasımov komandamızı qoldan xilas edir
80. İspaniya millisində Çirivelyanı Febas əvəzləyir
80+2. Febas sarı vərəqə alır
80+4. X.Qarsiyanın zərbəsi qapı çatından döndü
Matç başa çatdı
İSPANİYA: 13. İqor Marselyan, 2. Antonio Marin, 3. Xuan Manuel Qarsiya, 4. Ksaver Kintilya, 5. Rodriqo Tarin (k), 6. Xoakin Fernandes, 7. Adama Traore, 9. Xose Anxel Poso, 10. Xavyer Qarsiya, 12. Pedro Çirivelya, 17. Mohammed El-Uriaşi.
Ehtiyat oyunçular: 1. Santyaqo Kander, 8. Elki Pino, 11. Roberto Nunyes, 14. Aleyks Febas, 15. Nikolas Kanisares, 16. Roberto Olabe, 18. Xose Manuel Sançes.
AZƏRBAYCAN: 1. Ağaseyid Qasımov, 2. Aqşin Qurbanlı, 3. Yusub Hakimov, 5. Müslüm Zarasız, 8. Mirkamil Həşimli, 9. Fəhmin Muradbəyli, 10. Cem Felek, 11. Ülvi İbazadə, 14. Əbdüssəməd Gürsoy, 17. Elnur Cəfərov, 19. Mənsur Nəhavəndi (k).
Ehtiyat oyunçular: 12. Mertcan Akar, 4. Qazıməhəmməd Qurbanov, 6. Budaq Nəsirov, 7. Təyyar Məmmədov, 16. Mahir Mədətov, 18. Rəhim Sadıqov, 23. Sərcan Dəmir.
