21 oktyabr 2012 12:30
Millimizin futbolçusu erkən əvəzləndi, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 13-cü turu çərçivəsində “Nistru” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də “Milsami” ən azı 1 xal qazanmağı hədəfləmişdi. Amma onların bu istəyi baş tutmayıb. Həmyerlimizin komandası ilk yarıda buraxdığı 2 qoldan yalnız birinin əvəzini çıxa bilib.
Son oyunlarda əsas heyətdə meydana çıxan millimizin yeni üzvünün bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Baş məşqçisi Elhada yenə start heyətdə yer verib. Amma millimizin üzvü 20-ci dəqiqədə əvəzlənib. Belə erkən əvəzlənmənin səbəbi məlum deyil.
Qeyd edək ki, hazırda “Milsami” 13 oyundan sonra 18 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Moldova çempionatı
13-cü tur
20 oktyabr
Nistru – Milsami - 2:1
