19 oktyabr 2012 11:55
9-cu turun üç oyunu canlı yayımda
Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, bu turun “Neftçi” – “Kəpəz”, “Qarabağ” – “Bakı” və “Xəzər Lənkəran” – “Qəbələ” oyunları canlı nümayiş etdiriləcək.
Topaz Premyer Liqası
9-cu tur
19 oktyabr (cümə)
“Neftçi” – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məlik Həsənov
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
20 oktyabr (şənbə)
“Qarabağ” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Səfər Haşımov
T.Bəhramov adına Respublika stadionu, 16:00 (canlı, “İdman Azərbaycan”)
21 oktyabr (bazar)
“Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fuad Həsənov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Akif Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu, 17:15 (canlı, AzTV)
