19 oktyabr 2012 00:14
Şimali İrlandiya – Azərbaycan matçının biletləri satışa çıxarıldı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 20-25 funt-sterlinqədi (təxminən 25-30 avro).
Uşaqlar üçün isə qiymətlər bir qədər aşağıdı. Məsələn, 16 yaşadək uşaqlar və ailələr üçün 12,50 funt-sterlinqə (15 avro) də bilet tapmaq mümkündü.
Sonda onu da qeyd edək ki Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək. “Vindzor Park” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
