19 oktyabr 2012 00:25
Mixael Ballak həbs olundu
Almaniyalı veteran futbolçu Mixael Ballak İspaniyada həbs olunub. Azerisport.az xəbər verir ki, buna səbəb onun sürət həddini aşması səbəb olub.
İspaniyanın cənubundakı Kakeres şəhərinin polis idarəsindən verilən açıqlamada bildirilir ki, Ballakın idarə etdiyi avtomobil saatda 211 km sürətlə radara düşüb. Bu səbəbdən futbolçu həbs olunub və bu gün məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, İspaniyanın magistral yollarında maksimum sürət 120 km saatdı. Bu həddi aşan Ballakın sürücülük vəsiqəsinin əlindən alınacağı və cərimə olunaraq azad ediləcəyi gözlənilir.
