19 oktyabr 2012 12:27

Lider üçün xoşagəlməz statistika

Futbol üzrə Azərbaycan Premyer Liqanın 9-cu turunun qarşıdan gələn "İnter" - "Simurq" görüşü hər iki komanda üçün sayca 15-ci olacaq. Azerisport.az xəbər verir ki, bunadək komandalar 14 dəfə qarşılaşıblar.
 
12 oyun çempionat çərçivəsində keçirilib, 2 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 12 dəfə məğlub edə bilib, "Simurq" isə ancaq 1 qələbəyə malikdi. 14 oyunun 1-i heç-heçə ilə başa çatmışdı. Vurulan topların fərqi də "İnter"in xeyrinədi - 25:8.
 
Komandalar ilk dəfə 2006-cı ilin avqust ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatmışdı.
 
Xatırlardaq ki, ötən mövsümdə komandalar bir-birilə iki dəfə qarşılaşıblar və hər iki oyunda "İnter" rəqibini məğlub edib. "Şəfa" stadionunda “İnter” rəqibini 1:0 hesabıyla üstələyib, Zaqatalada keçirilən görüşdə isə "İnter" "Simurq"un qapısına 2 cavabsız qol vurub.
 
"İnter” - "Simurq" oyunlarında ən populyar hesab 2:0-dı. Belə nəticə 14 görüşün 6-da qeydə alınıb. "İnter" - "Simurq" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 3:4 hesabıdı. 2008-cı ildə komandamız "Simurq"u məhz bu hesabla udmuşdu.
 
Azərbaycan çempionatında "Simurq"a qarşı keçirilən ev oyunlarında “İnter” böyük üstünlüyə malikdi. Belə ki, 6 qarşılaşmanın hamısında “İnter” rəqibini məğlub etməyi bacarıb. Bu matçlarda top fərqi "İnter"in xeyrinədi - 10:1.
 
Qeyd edək ki, "İnter" - "Simurq" matçı oktyabrın 20-də keçiriləcək. Oyun saat 18.00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.