19 oktyabr 2012 00:38
Bojidar Bandоviç: Qarabağ ilə oyun bizim üçün derbidi (VİDEO)
Azərbaycan Topaz Premyer Liqasının 9-cu tutunda "Qarbağ"ın qonağı olacaq “Bakı” hazırlıqlarını klubun təlim-məşq bazasının yeni meydanında keçirdiyi axşam məşqi ilə davam etdirib. Azerisport.az xəbər verir ki, milli komandalardan qayıdan futbolçuların düşərgəyə qatılması ilə tam heyətdə məşqə çıxan "Bakı" növbəti oyuna ciddi hazırlaşır.
“Zolaqlılar”ın baş məşqçisi Bojidar Bandoviç oyun barədə fikirlərini bölüşüb. Komandanın gənc üzvü Nurlan Novruzov da kameraların hədəfindədi. "İlin tapıntısı" bu fəxri titulu doğtultmaq üçün hansı addımları atmağı planlaşdırır.
