19 oktyabr 2012 00:42

“Mən bunun günahını özümdə axtarıram”

"Bakı" futbol klbubunun gənc futbolçusu Elşad Manafov "Toplu Bakı"ya müsahibə verib. Azerisport.az xəbər verir ki, komandanın gənc üzvü futbol tarixini bölüşüb.
 
“Bakı”nın gənc, çevik, ucaboy, soyuqqanlı və perspektivli sol cinah müdafiəçi Elşad Manafovu böyük kütləyə ötən il Azərbaycan kubokunun final oyununda sərgilədiyi parlaq oyunu tanıtdı. 20 yaşlı müdafiəçi məsuliyyətli oyunda adlı-sanlı rəqib, “Neftçi”yə qarşı elə oynadı ki, sankı Azərbaycan çempionatında illərdir ki, top qovur. Soyuqqanlılığı ilə diqqət çəkən Elşadın hücumların qarşısında sərt müdaxiləsi, diqqətli oyunu ona azarkeşlərin də  etibarını artırıb. Futbolçu ulduzunun parlayacağı günü səbirsizliklə gözləyir. Əsas heyətdə 90 dəqiqə daim oynamaq isə əvəzedcilərin keçmiş kapitanının ən böyük arzusudur:
 
- Futbola gəlişini necə xatırlayırsan? 
- Futbola “İnam” adlı klubda başlamışam. 15 yaşımda isə tanışlarımızın köməkliyi ilə Bakının “Azəri” klubuna qəbul edildim. Məşqləri Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı sintetik meydançada keçirdik. Burada Həmzə müəllimin rəhbərliyi altında məşqlərə başlamışam. Bir neçə aydan sonra bu klubdan maaş almağa başladım. Azəri ilə bir çox xarici ölkələrdə turnirlərdə iştirak etdik. “Azəri”də təcrübəmi artırdım. Bir il bu klubda oynayandan sonra, “Bakı”ya keçdim. 
 
- “Bakı”ya keçidin necə baş tutdu?
- “Bakı” haqqında həmyaşıdlarım tez-tez bəhs edirdi. Mən də, daha böyük klubda çıxış etmək istəyirdim. Ona görə də, “Bakı”ya baxışa getdim. Müvafiq yaş qrupuna həmin vaxt Məqsəd Yaqubəliyev baxırdı. İlk məşqdəcə məni bəyəndi və komandaya götürdüyünü bildirdi.  Onun rəhbərliyi ilə “Bakı”nın 17 yaşlılardan ibarət komandasında bir il çıxış etdim. Sonra əvəzedici heyətə cəlb olundum. İlk turlarda meydana çıxmasam da, sonradan məşqçinin  məni müdafiənin mərkəzindən sol cinaha çəkməsi işimə yaradı. Bu mövqedə uğurlu çıxışdan sonra əsas heyətə düşdüm. Həmin vaxt mərkəzdə U-19 millimizin kapitanı Pərviz çıxış edirdi. Onun  oyunumu tapmaqda mənə çox köməyi dəydi.  Sonralar o uşaq itib-batdı.    
 
- Əsas heyətdə debütün “Neftçi” ilə premyer liqanın sonuncu turuna təsadüf etdi. 90 dəqiqə meydanda oldun.
- Özümü “Bakı”nın yetirməsi hesab edirəm. Bilirsiniz, üç-dörd il öncə əvəzedicilərdə çıxış edən istedadlı uşaqlar 18-19 yaşına çatan kimi futbolu atırdı. Çünki klubların əsas heyətlərində onlara qapı bağlı idi. Sevindirici haldır ki, indi vəziyyət düzəlir. Gənclərə önəm artır. Xüsusən də “Bakı”nın əsas heyətində çoxlu gənclər var. O biri uşaqlar da bundan ruhlanaraq daha həvəslə futbol oynayır. Hamı şans istəyir. Sevinirəm ki, əvəzedicilərdəki məşqçim  Qəhrəman Əliyev adımı əsas komandaya namizəd verdi. Onun köməkliyi ilə məşqlərdə iştirak etdim. Nəticədə əsas heyətin üzvüyəm. 
 
- Əsas heyət yolunda Lokomotiv təcrübəsi də lazım idi... 
- 6 ay Biləcəri klubunun heyətində I divizyonda oynadım. Ibrahim Uzunca əla məşqçidir. Oyunumu tapmaqda onun da rolu var. Səmimi deyim ki, divizyon klubları əvəzedici heyətlərin əksərindən güclüdür. Burada yaş məhdudiyyəti yoxdur. Bu da futbolçunun inkişafına müsbət təsirini göstərir. Mübarizənin daha amansız, rəqiblərin təcrübəli olmasının mənə böyük təsiri oldu.
 
- Kubokun finalındakı oyununla futbol ictimaiyyətinin diqqətini çəkə bildin. Bu mövsüm nədənsə, əsas heyətə düşməkdə çətinlik çəkirsən?
- Final oyununda meydana çıxacağımı gözləmirdim. Oyuna bir neçə saat qalmış baş məşqçi Novruz Əzimov mənə hazırlaşmağımı tapşırdı. Əlbəttə, bunu biləndə ilk öncə, özümü itirdim. Lakin komandada  böyük qardaşlarım – Cəmşid Məhərrəmov, Elvin Əliyev mənə psixoloji cəhətdən çox kömək etdilər. Həyəcanımı boğmaqla həmin oyunda çıxış etdim. Bir oyunla özümə uğurlu deyə bilmərəm. Bunu zaman göstərəcək.
 
- Səninlə müdafiənin sol cinahında  güclü futbolçular var. Onlarla rəqabətdən çəkinmirsən ki?
- Qarşıma futbolçu olmaq məqsədi qoymuşam. Bunun çətin olacağını yaxşı anlayıram. Georgi Pop-xadze, Əziz Quliyev, Cəmşid Məhərrəmov kimi təcrübəli futbolçuları qabaqlayıb əsas heyətdə oynamaq asan deyil. Özümü onların heç birindən zəif saymıram. Baş məşqçimiz Bojidar Bandoviç şans versə, özümü östərəcəyəm. “Bakı” elə bir klubdur, burada əsas  heyətə düşmək üçün  kəskin rəqabət aparmalısan. Bu yeri qazanmaq üçün məşqlərdə səylə çalışıram. Əsas məqsədim hər oyun 90 dəqiqə meydanda olmaqdır.
 
- 16 yaşında ikən 17 yaşadək milliyə dəvət edilirdin. Bəs U-19-da çıxışına nə mane oldu? 
- Mirbağır İsayev məni U-17- yə dəvət etdi. Bir neçə təlim-məşq toplanışlarına qatıldım. Bir neçə rəsmi oyunda meydana çıxdım. Rumıniya millisinə qarşı oyun yadımda qalıb. Sonra müəyyən səbəblərdən U-19-a çağrılmadım. Mən bunun günahını özümdə axtarıram. Yəqin ki, məşqçiləri hansısa keyfiyyətlərim razı salmır. Bundan sonra U-21 və əsas komandaya düşmək üçün çalışmalıyam. “Bakı” futbol klubunun rəhbərliyinə mənə ayırdığı diqqət üçün təşəkkür edirəm. Klubumuzun bütün üzvlərinə uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.