20 oktyabr 2012 01:15
İspaniya kubokunda üçüncü mərhələyə yekun vuruldu
Futbol üzrə İspaniya kubokunda üçüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələnin də oyunları bir görüşdən ibarət olub.
Bu üzdən də püşkə əsasən rəqiblərini doğma meydanda qəbul edən iştirakçılar müəyyən üstünlüyə malik idilər. Lakin onların əksəri bu şansdan yararlana bilməyiblər.
Bütövlükdə isə 11 klub növbəti mərhələyə yüksəlməyin sevincini yaşayıb. Onları növbəti mərhələdə daha güclü klublarla – La Liqa təmsilçiləri ilə mübarizə gözləyir.
İspaniya kuboku
Üçüncü mərhələ
Noja - Real Jaen – 0:1
Eibar - Arroyo – 1:0
Huracan - Deportivo Alaves – 1:2
Constancia – Melilla – 1:1 (penaltilərlə - 7:8)
Prat – Llagostera – 2:3
Almeria – Alcorcon – 3:0
Huesca – Ponferradina – 1:1 (penaltilərlə 3:4)
Lucena – Cacereno – 1:3
Sabadell – Cordoba – 0:1
Sporting – Mirandes – 2:1
Las Palmas - Racing – 4:2
